Bakı. Trend:
Şabran rayonunun Dəvəçi kəndində ümumi sahəsi 300 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə və yaxınlıqdakı əraziyə yığılmış 3 ton ot bağlaması yanıb.
Anbarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.