...

Xəzərdə batan şəxsin cəsədi tapılıb

Hadisə Materials 8 İyul 2018 19:25 (UTC +04:00)
Xəzər rayonunda dənizdə adam batıb.
Xəzərdə batan şəxsin cəsədi tapılıb

Bakı. Trend:

Xəzər rayonunda dənizdə adam batıb.

FHN-dən Trend-ə verilən məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (kişi) batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti