Bakı. Trend:
Bu gün dənizdə batan 13 nəfər xilas edilib.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Novxanı, Mərdəkan, Zağulba-3, Niyazabad, Türkan, Nardaran-2, Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 13 nəfər xilas olunub.