...

Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovla bağlı yeni faktlar üzə çıxıb, saxlanılanlar var

Hadisə Materials 15 İyul 2018 16:40 (UTC +04:00)

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovun əvvəllər hazırda İran İslam Respublikası ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib.

Qeyd edilməlidir ki, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən T.İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus "nur-az.com" internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış etmişdi.

Tohid İbrahimbəyli

Trend-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Y.Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bir sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində T.İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndəriliblər.

Belə ki, istintaq zamanı Göyüşov Taleh Həsən oğlu və T.İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində T.İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.

Qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti