Bakı. Trend:
Sankt-Peterburqda Kurlyandski küçəsində yerləşən uşaq evindən 53 uşaq və 10 əməkdaş təxliyə edilib.
Trend-in məlumatına görə, təxliyə binada qısaqapanmadan sonra aparılıb.
Bildirilir ki, qısaqapanma yanğınla nəticələnməyib. Bununla belə zəngdən dərhal sonra hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib və təxliyə aparılıb.