...

Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü

Hadisə Materials 6 Avqust 2018 15:09 (UTC +04:00)
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Xəzər rayonu ərazisində baş verib.

Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşayan, 1969-cu il təvəllüdlü Şükürov Yolçu Bayram oğlu idarə etdiyi "Mercedes GL-550" markalı 99 HS 630 dövlət nömrə nişanlı avtomobillə Xəzər rayonu, Zuğulba prospekti ilə Buzovna qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçmək istəyən 1968-ci il təvəllüdlü, Sabirabad rayonunun Qalaqayın kənd sakini Fərzəliyeva Leyla Nəsir qızını vurub.

Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti