...

Şəkidə fəhlə hamam tikərkən hündürlükdən yıxılıb öldü

Hadisə Materials 10 Avqust 2018 21:33 (UTC +04:00)
Şəkidə fəhlə tikintidə ölüb
Şəkidə fəhlə  hamam tikərkən hündürlükdən yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Şəkidə fəhlə tikintidə ölüb.

Şəki rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Mürsəlov Nurəli Bayraməli oğlu kənd ərazisindəki evlərdən birində hamam tikərkən təxminən 2 metr hündürlükdə tirin üzərindən yıxılıb.

Fəhlə Şəki şəhər Mərkəzi Xəstəxanasına aparılsada da, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Mürsəlov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti