Sumqayıtda kafe yanıb

Hadisə Xəbər 21 Avqust 2018 08:55 (UTC +04:00)

Bakı. Tural Turan - Trend:

Sumqayıt şəhərində kafedə yanğın baş verib. Trend-in məlumatına görə, Sumqayıt şəhərində ümumi sahəsi 120 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin mətbəxinin tavanı 5 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti