...

Lənkəranda yeniyetmə 16 metr dərinliyində su quyusuna düşüb

Hadisə Materials 17 Sentyabr 2018 18:35 (UTC +04:00)
Lənkəran rayonunun Havzova kəndində 1 nəfər su quyusuna düşüb.
Lənkəranda yeniyetmə 16 metr dərinliyində su quyusuna düşüb

Bakı. Trend:

Lənkəran rayonunun Havzova kəndində 1 nəfər su quyusuna düşüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 2002-ci il təvəllüdlü Şirizadə Rameş Xamməd oğlunun meyitini dərinliyi 16 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti