Bakı. Trend:
Moskvada Azərbaycanın “NIKOIL Bank” bankının İdarə heyətinin keçmiş sədri Vasili Xamaza saxlanılıb.
Trend-in məlumatına görə, Rusiya hüquq-mühafizə orqanları V.Xamazanın saxlanılması barədə azərbaycanlı həmkarlarını məlumatlandırıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və vəsaitlərin mənimsənilməsi ittihamları ilə federal və beynəlxalq axtarışa verilmişdi.
V.Xamaza 2005-ci ildən 2017-ci ilin iyulunadək İdarə heyətinin sədri olduğu “NIKOIL Bank”dan onlarla milyon manat vəsaitin mənimsənilməsində ittiham olunur.