...

Əfqanıstanda mina partladı - 8 uşaq ölüb

Hadisə Materials 22 Sentyabr 2018 11:02 (UTC +04:00)
Əfqanıstanın şimalında mina partlayıb.
Əfqanıstanda mina partladı - 8 uşaq ölüb

Bakı. Trend:

Əfqanıstanın şimalında mina partlayıb. Trend-in məlumatına görə, minanın partlaması nəticəsində 8 uşaq ölüb, daha 6 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanları nümayəndəsi Abdul Kərim Uraşın sözlərinə görə, insident Fəryab vilayətində baş verib.

Uşaqların 6-12 yaş arasında olduqları bildirilir.

Polis hadisə ilə bağlı "Taliban" radikal qruplaşmasının məsuliyyət daşıdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti