...

Bakıda "Mercedes" piyadanı vurub öldürdü (FOTO)

Hadisə Materials 26 Sentyabr 2018 20:12 (UTC +04:00)
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bakıda "Mercedes" piyadanı vurub öldürdü (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün axşam saat 20 radələrində paytaxtın "Aeroport yolu"nda baş verib.

Yolun Qala qəsəbəsi ərazisindən keçən hissəsində Hava Limanı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil yolu keçən təxminən 45-50 yaşlı kişini vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qəza yerinə Dövlət Yol Polisi və Xəzər rayon Polis İdarəsinin əməkdaşları gəliblər.

Ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti