...

Braziliyada qacan 20 məhbusun 10-u güllələndi, 10-u axtarılır

Hadisə Materials 3 Oktyabr 2018 16:16 (UTC +04:00)
Braziliyanın Tikantis ştatında həbsxanadan qaçan məhbuslarla polis arasında toqquşma yaranıb.
Braziliyada qacan 20 məhbusun 10-u güllələndi, 10-u axtarılır

Bakı. Trend:

Braziliyanın Tikantis ştatında həbsxanadan qaçan məhbuslarla polis arasında toqquşma yaranıb. Trend-in məlumatına görə, məhbuslardan 10-u məhv edilib.

Qeyd edək ki, daha öncə məhbusların həbsxanada qiyam qaldırdıqları bildirmişdi. Onlar həbsxanada dərs keçən müəllimi girov götürmüş və iki mühafizəçinin silahını almağa müvəffəq olmuşdurlar.

Daha sonra azı 20 məhbusun həbsxanadan qaçması barədə bildirmişdi.

Qaçan məhbusların saxlanılması istiqamətində aparılan əməliyyat zamanı 10 məhkum zərəsizləşdirilib. Hazırda daha 10 məhbusun axtarışları istiqamətində əməliyyat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti