...

Gömrükçülər psixotrop maddə və narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar

Hadisə Materials 6 Oktyabr 2018 13:02 (UTC +04:00)
Gömrükçülər psixotrop maddə və narkotik vasitənin gömrük nəzarətindən gizlətməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Gömrükçülər psixotrop maddə və narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar

Bakı. Trend:

Gömrükçülər psixotrop maddə və narkotik vasitənin gömrük nəzarətindən gizlətməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Trend-ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus 2 ədəd sellofan torbaya rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb.

Bu səbəbdən həmin yük təkrar yoxlanılıb. Baxışdan öncə, vətəndaş ona məxsus sellofan torbalarda gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, sellofan torbalardan birində olan və üzərində "Darya" sözü yazılmış yuyucu toz qutusunun içərisində 1 ədəd bükümdə, xalis çəkisi 69,690 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Digər torbada isə üzərində "de nata" sözü yazılmış 3 ədəd biskvitin hər birinin içərisində 1 büküm olmaqla, ümumi xalis çəkisi 286.740 qram təşkil edən narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti