...

Ələtdə icazəsiz balıq ovlayan saxlanıldı - Barəsində 495 manatlıq iddia var

Hadisə Materials 9 Oktyabr 2018 14:52 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Xəzər dənizinin Ələt qəsəbəsinin sahil zonasında icazəsiz balıq ovlayan şəxs saxlayıb.
Ələtdə icazəsiz balıq ovlayan saxlanıldı - Barəsində 495 manatlıq iddia var

Bakı. Elçin Mehdiyev - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Xəzər dənizinin Ələt qəsəbəsinin sahil zonasında icazəsiz balıq ovlayan şəxs saxlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Qaradağ rayon sakini Qurban İskəndərov olduğu müəyyən edilib, ondan ov alətləri və qayıq götürülüb.

Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 495 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti