Bakı. Trend:
Göygöldə yanğın hadisəsi qeydə alınıb.
Trend-ə FHN-dən verilən məlumata əsasən, Göygöl rayonunda ümumi sahəsi 1850 m² olan tikilinin (mebel mağazası kimi fəaliyyət göstərir) içərisində olan avadanlıqlar 200 m² sahədə yanıb.
Yüksək temperaturdan tikilinin lambirdən ibarət tavanı 50 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.