...

Antalyada hotel yanır

Hadisə Materials 31 Oktyabr 2018 10:56 (UTC +04:00)
Türkiyənin Antalya vilayətində 4 ulduzlu hoteldə yanğın baş verib.
Antalyada hotel yanır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Antalya vilayətində 4 ulduzlu hoteldə yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə hotelin mətbəx hissəsində qeydə alınıb.

Hazırda əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Yerli KİV yanğının yayılmasının qarşısının alındığını bildirir.

Xəsarət alan yoxdur. Hotelin binasına, o cümlədən birinci və ikinci mərtəbələrinə ciddi ziyan dəyib.

Yanğının səbəbi və hotelin adı hələ açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti