...

"Xanoba" gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb

Hadisə Materials 14 Noyabr 2018 12:33 (UTC +04:00)
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "Opel Zafira" markalı nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.
"Xanoba" gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "Opel Zafira" markalı nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.

DGK-dan Trend-ə verilən məlumata görə, saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı üstündən zərgərlik məmulatları aşkar edilib.

Belə ki, onun əynindəki gödəkçənin üst sol cibindən 1 ədəd şəffaf polietilen paketdə gömrük orqanına bəyan edilməyən, ümumi çəkisi 82 qram olan - 1 ədəd üzük-sırğa dəsti, 4 ədəd üzük, 3 ədəd boyunbağı hissələri, 2 ədəd təktay sırğa, 4 ədəd kulon, müvafiq olaraq, 20, 25 və 28 mm uzunluqda 3 ədəd çubuq formasında, 2 ədəd kürə formasında, 5 ədəd təyinatı bəlli olmayan qızıl zərgərlik məmulatları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti