...

Biləcəridə kanalizasiyadan mal başları çıxarıldı (FOTO/VİDEO)

Hadisə Materials 20 Noyabr 2018 13:27 (UTC +04:00)
Bakının Biləcəri qəsəbəsi, Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektorundan kəsilmiş mal başları və digər bərk məişət tullantıları çıxarılıb.
Biləcəridə kanalizasiyadan mal başları çıxarıldı (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Bakının Biləcəri qəsəbəsi, Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektorundan kəsilmiş mal başları və digər bərk məişət tullantıları çıxarılıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə “Azərsu” ASC-yə müraciət daxil olduqdan sonra ora baxış keçirilib, əraziyə xətləri yüksək təzyiqlə yuyan xüsusi təyinatlı maşın və digər mexanizmlər cəlb olunub: "Bütün səylərə baxmayaraq, kollektorda baş verən tutulmanı açmaq mümkün olmayıb. Sonra kollektorun 4m dərinlikdən keçən hissəsinin üzəri açılıb, dəmir-beton boru 2 yerdən sındırılaraq xəttin içərisinə müdaxilə olunub. Tutulma baş verən hissədən bir-birinə və borunun divarlarına pərçim olunmuş kəsilmiş mal başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu 1 metrdən çox olan 2 taxta parçası, digər bərk məişət tullantıları çıxarılıb və çirkab suların normal axını təmin edilib. Adi hallarda kollektorda tutulmalar bir neçə saata aradan qaldırılırsa, Biləcəri qəsəbəsi, Füzuli küçəsində kollektorun təmizlənməsi 3 gündən artıq vaxt aparıb".

"Azərsu" heyvan kəsimi ilə məşğul olanlara, eləcə də əhalinin diqqətinə bir daha çatdırır ki, kanalizasiya xətləri tullantı sularının axıdılması üçün nəzərdə tutulub, ora hər hansı bərk məişət tullantıların atılması yolverilməzdir. Belə hallar kollektorlarda tez-tez tutulmalara, yolların, həyətlərin və ətraf ərazilərin çirkab sular altında qalmasına səbəb olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti