...

Mingəçevirdə yeni doğulan körpə ölüb

Hadisə Materials 23 Noyabr 2018 13:00 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Mingəçevir şəhərində doğum evində yeni doğulan uşaq ölüb.

Trend-in məlumatına görə, 2000-ci il təvəllüdlü Fərhadova Ramilə Habil qızı noyabrın 20-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinə qəbul olunub və oğlan uşağı dünyaya gətirib.

Noyabrın 22-də uşaq həmin şöbədə dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti