Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada 5 ticarət mərkəzində təxliyə aparılır.
Trend-in məlumatına görə, buna həmin ticarət mərkəzlərinə bomba qoyulması barədə anonim zəng səbəb olub.
Qeyd olunur ki, polis həmin mərkəzlərdən insanları çıxardıqdan sonra axtarış əməliyyatlarına başlayıb.
Bundan başqa, anonim zənglərin mənbəyi ilə bağlı araşdırma aparılır.