...

Prokuror müğənni Könül Kərimovaya 32 min manat dələduzluq edən qadına cəza istədi

Hadisə Materials 28 Noyabr 2018 17:05 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prokuror müğənni Könül Kərimovaya 32 min manat dələduzluq edən qadına cəza istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı M.Məmmədovanın 6 il 9 ay 29 gün azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 12-də davam edəcək.

İttihama görə, M.Məmmədova bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Zərərçəkmişlərin arasında Əməkdar artist, müğənni Könül Kərimova da var.

M.Məmmədova Könül Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib oradan Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyini vəd edərək K.Kərimovadan 32 min manat alıb.

Lakin sonradan verdiyi vədə əməl etməyib.

Şikayət əsasında həbs edilən Məlahət Məmmədova Cinayət Məcələsinin 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti