...

Bakıda quldurluq edən şəxs tutulub

Hadisə Materials 29 Noyabr 2018 14:33 (UTC +04:00)
Quldurluq və xuliqanlıq etməkdə şübhəli bilinənlər saxlanılıb
Bakıda quldurluq edən şəxs tutulub

Bakı. Trend:

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ələkbərov noyabrın 25-də saat 23 radələrində A.M.Şərifzadə küçəsində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək mobil telefonunu və noutbukunu aldığını bildirib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ələddin Hüseynov olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti