...

Bakıda avtobus qəzası olub

Hadisə Materials 30 Noyabr 2018 20:51 (UTC +04:00)
Hadisə Agentlik tərəfindən nəzarətə götürülüb.
Bakıda avtobus qəzası olub

Bakı. Trend:

Bu gün axşam saatlarında Xocalı prospektində 30 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən 10-TG-395 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.

Hadisə Agentlik tərəfindən nəzarətə götürülüb. Hadisə şahidlərinin və avtobus sərnişinlərinin verdiyi məlumata görə, qəza minik maşınının avtobusun yanında sürətli ötmə hərəkəti etməsi səbəbindən baş verib. Qəzanın dəqiq başvermə səbəbi müvafiq qurumlar tərəfindən aparılan araşdırma nəticəsində məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti