...

Ağcabədidə eyni gündə yol qəzalarında 4 nəfər öldü, 5 nəfər xəsarət aldı

Hadisə Materials 17 Dekabr 2018 16:41 (UTC +04:00)
Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ağcabədidə eyni gündə yol qəzalarında 4 nəfər öldü, 5 nəfər xəsarət aldı

Bakı. Trend:

Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə Dekabrın 16-da saat 22 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Ağdam rayon sakini Şahin Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə Ş.Abdullayev və sərnişinlərindən anası Mətanət və azyaşlı oğlu Rövşən hadisə yerində ölüb, digər 4 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Rayonunun Boyat kəndi ərazisində isə Qaraxanlı kənd sakini Tahir Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Hacılar kənd sakini Rahim Rüstəmovun idarə etdiyi “T-28” markalı traktora vurub, sonradan idarəetməni itirdiyindən qarşıdan gələn Hindarx qəsəbə sakini Etibar Heydərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılıb.

Nəticədə T.Əliyev və sərnişini - həmkəndlisi Namiq Fərzəliyev xəstəxanaya yerləşdirilib, N.Fərzəliyev orada ölüb.

Hər iki faktla bağlı Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti