...

12 milyon dollar mənimsəməkdə təqsirləndirilən iş adamının şikayəti rədd edildi

Hadisə Materials 18 Dekabr 2018 16:34 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Ceyhun Canıyevin apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Canıyev 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla 12 milyon dollar mənimsəməkdə təqsirləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti