...

Komitə yararsız məhsulları yandıraraq məhv edib - 9 milyon partlayıcı, 10 milyon siqaret... (FOTO)

Hadisə Materials 25 Dekabr 2018 14:51 (UTC +04:00)
Dekabrın 25-də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.
Komitə yararsız məhsulları yandıraraq məhv edib - 9 milyon partlayıcı, 10 milyon siqaret... (FOTO)

Bakı. Trend:

Dekabrın 25-də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, ümumilikdə, 2 929 ədəd alkoqollu və sərinləşdirici içkilər, 10 793 360 ədəd tütün və tütün məmulatı, 3 861 ədəd mobil telefonlar, 1 312 ədəd müxtəlif aksesuarlar, 58 242 ədəd istifadə müddəti birmiş dərman preparatları, 9 611 630 ədəd pirotexniki vasitələr məhv edilib.

Xatırladaq ki, prosesdə Dövlət Gömrük Komitəsinin "Azterminalkompleks" birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini Fikrət Ələsgərli, komitənin aidiyyəti qurumlarının əməkdaşları və media nümayəndələri iştirak edib.

Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti