...

Bakıda 24 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlandı

Hadisə Materials 4 Yanvar 2019 10:43 (UTC +04:00)
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Bakıda 24 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Aşıq Qurban küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyev yanvarın 3-də gecə saat 23:50-də yaşadığı A.Qurban küçəsi, 25 saylı evin qarşısında qonşusu, 1993-cü il təvəllüdlü İntiqam İkram oğlu Mustafayev tərəfindən bıçaqlanıb.

Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti