...

İranda qarlı hava yol qəzalarını artırdı - 13 ölü, 25 yaralı

Hadisə Materials 5 Yanvar 2019 11:39 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

Ötən günün axşam saatlarından bu vaxta qədər İranın müxtəlif vilayətlərində baş verən yol qəzaları nəticəsində 13 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Trend-in məlumatına görə, qəzalarla bağlı İranın Həmədan vilayəti Yol Polisi İdarəsinin rəis polkovniki Rza Əzizinin sözlərinə görə, ötən gecə Həmədanda baş verən 4 yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər həlak olub.

Digər 9 nəfər isə İranın Cənubi Xorasan və Şimali Xorasan vilayətlərində baş vermiş yol-nəqliyyat hadisələri zamanı ölüb.

Qeyd edək ki, son günlər İranda qar və yağışlar nəticəsində yol qəzalarının sayı artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti