...

Qaraçuxurda iki avtomobil toqquşdu, ölən var

Hadisə Materials 7 Yanvar 2019 12:15 (UTC +04:00)
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qaraçuxurda iki avtomobil toqquşdu, ölən var

Bakı. Trend:

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 5-də saat 14 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elşən Hacıyevin idarə etdiyi “Mercedes” və Kənan İsmayılovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə E.Hacıyev hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti