...

Bakıda küləyin uçurduğu dayanacaqla bağlı tədbir görülüb (FOTO)

Hadisə Materials 17 Yanvar 2019 14:35 (UTC +04:00)
Səhər saatlarında güclü küləyin təsirindən H.Cavid prospektinin Ə.Haqverdiyev küçəsi ilə kəsişməsində avtobus dayanacaq pavilyonu uçub.
Bakıda küləyin uçurduğu dayanacaqla bağlı tədbir görülüb (FOTO)

Bakı. Samir Əli - Trend:

Səhər saatlarında güclü küləyin təsirindən H.Cavid prospektinin Ə.Haqverdiyev küçəsi ilə kəsişməsində avtobus dayanacaq pavilyonu uçub.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, pavilyonun yararsız hala düşməsinə baxmayaraq xoşbəxtlikdən insanların xəsarət alma halı qeydə alınmayıb.

Əraziyə göndərilən texniki personalın gördüyü tədbirlər nəticəsində dayanacaq məntəqəsinin ərazisi təmizlənib, pavilyondakı avtobus informasiya və BakıKart ödəmə terminalları götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti