...

Biləcəridə kirayənişin ev sahibinə küt alətlə xəsarət yetirib

Hadisə Materials 21 Yanvar 2019 13:16 (UTC +04:00)
Bakı şəhər sakininə küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini tutulub.
Biləcəridə kirayənişin ev sahibinə küt alətlə xəsarət yetirib

Bakı. Trend:

Bakı şəhər sakininə küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Bakı şəhər sakini Arif Məmmədova Biləcəri qəsəbəsindəki evində küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən, orada kirayənişin olan Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Yəhyayev saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti