...

Lökbatanda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Hadisə Materials 21 Yanvar 2019 20:11 (UTC +04:00)

Bakı. Trend:

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 20-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini Elsevər Mehdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Asif Allahverdiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti