Bakı. Samir Əli - Trend:
Tovuz rayonunda yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun İbrahim Hacılı kəndi ərazisində baş verib.
Kənd ərazisində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "QAZ 31" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində kənd sakinləri, 1979-cu il təvəllüdlü Elnur Zeynalov və 1962-ci il təvəllüdlü Möhtəbər Həsənov ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.