...

Ötən il məhkəmə qərarlarının icrasından boyun qaçıran 446 şəxsə cinayət işi başlanıb

Hadisə Materials 28 Yanvar 2019 15:53 (UTC +04:00)
Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının icrası sahəsində də iş həcmi əhəmiyyətli dərəcədə artıb.
Ötən il məhkəmə qərarlarının icrasından boyun qaçıran 446 şəxsə cinayət işi başlanıb

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının icrası sahəsində iş həcmi əhəmiyyətli dərəcədə artıb.

Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində 2018-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirədə bildirilib.

Müşavirədə qeyd edilib ki, 2018-ci ildə icra qurumlarına daxil olan icra işlərinin sayı 873 minə çatıb, onlardan 450 mindən çoxunun icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir:

"Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2 dəfədən artıq – 1.1 milyard manatdan çox vəsait ödətdirilib.

Məhkəmə qərarlarının icrasından qərəzli boyun qaçıran 6.775 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2.913 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 446 şəxs barəsində cinayət işi başlanılıb. Ölkədən getmək hüquqi müvəqqəti məhdudlaşdırılan belə şəxslərdən 4.885 nəfərin isə məhkəmə qərarını icra etdiklərinə görə üzərlərindən məhdudiyyət götürülüb.

Vətəndaşların rahatlığı üçün nazirlik tərəfindən yaradılmış belə məhdudlaşdırmanın olub-olmamasını dərhal öyrənməyə imkan verən elektron xidmətdən istifadənin sayı ilbəil artaraq 2018-ci ildə 1.4 milyona çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti