...

Azərbaycana qanunsuz yolla siqaretlərin gətirilməsinin qarşısı alınıb

Hadisə Materials 9 Fevral 2019 12:22 (UTC +04:00)
Azərbaycana qanunsuz yolla siqaretlərin gətirilməsinin qarşısı alınıb
Azərbaycana qanunsuz yolla siqaretlərin gətirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 3200 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti