...

Kütləvi zəhərlənmə - 12 şagird nədən zəhərləndi?

Hadisə Materials 20 Fevral 2019 14:15 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Bursa vilayətində ibtidai məktəblərin birində şagirdlər arasında kütləvi zəhərlənmə baş verib. Trend-in məlumatına görə, 12 şagird içməli sudan zəhərlənib.

İlkin araşdırma nəticəsində məlum olub ki, şagirdlərdən biri uşaqların su qablarına yapışqan töküb.

Hazırda xəstəxanaya yerləşdirilmiş şagirdlərin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı digər detallar açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti