...

Ağstafada əməliyyat - 139 ədəd hərbi sursat aşkarlanıb (FOTO)

Hadisə Materials 20 Fevral 2019 17:46 (UTC +04:00)

Bakı. Trend:

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində əməliyyat keçirib.

ANAMA-dan Trend-ə verilən məlumata görə, evlərin, həyətyanı sahələrin və yolların partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi (monitorinq) zamanı yerin altında basdırılmış 139 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) aşkar edilib.

Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə birlikdə baxış keçirilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti