...

Bakıda itkin düşən şəxsin Sumqayıtda meyiti aşkarlandı

Hadisə Materials 28 Fevral 2019 14:08 (UTC +04:00)
Bir neçə gündür əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb.
Bakıda itkin düşən şəxsin Sumqayıtda meyiti aşkarlandı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bir neçə gün öncə itkin düşən şəxsin meyiti aşkarlanıb.

Trend-in məlumatına görə, meyitin fevral ayının 22-dən itkin düşən 1990-cı il təvəllüdlü Pərviz Quliyevə məxsus olduğu deyilir.

Sumqayıt şəhərində, dəniz kənarında asılmış vəziyyətdə aşkarlanan meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, P.Quliyev sonuncu dəfə metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında görünüb. O, itkin düşən zaman əynində qara rəngli gödəkcə və cins şalvar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti