Bakı. Samir Əli - Trend:
Bakı sakini Yunanıstan vətəndaşına qarşı dələduzluq edib.
Trend-in məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinə Yunanıstan vətəndaşı, 1975-ci il təvəllüdlü Anastosios Yepsilantis müraciət edib.
Yunanlı bildirib ki, o, oktyabrın 29-da Bakı şəhəri Xətai rayonu, Sadıqcan küçəsi 1 ünvanında yerləşən "Western Union" vasitəsilə "Tube Magnaum Piko" maddəsi almaq üçün Azər adlı şəxsin hesabına 700 avro köçürüb. Azər adlı şəxs isə ona əvəzində xarab olmuş maddə göndərib.
Faktla bağlı araşdırmalar aparılır.