Bakı. Trend:
Bakıda iki avtomobil toqquşub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qaradağ rayonunda “Mercedes” markalı iki minik avtomobili toqquşub, nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb.
Digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb