...

Binədə keçmiş arvadı ilə birgə daha 3 nəfəri bıçaqlayan şəxs tutulub

Hadisə Materials 20 May 2019 12:59 (UTC +04:00)
Binədə keçmiş arvadını və başqa 3 nəfəri bıçaqlayan şəxs tutulub
Binədə keçmiş arvadı ilə birgə daha 3 nəfəri bıçaqlayan şəxs tutulub

Bakı. Samir Əli - Trend:

Binə qəsəbəsi südçülük sovxozunun ərazisində bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 20-də saat 3 radələrində Xəzər rayonunun Binə qəsəbəsi südçülük sovxozunun ərazisində kirayə yaşayan M.Rzayevanın evinə gəlmiş keçmiş əri, Astara rayon sakini, əvvəllər məhkum olunmuş Z.Rzayev münaqişə zəminində ona, qızı Samirəyə, habelə onlarla birgə yaşayan evin sahibi Q.Nəbiyevaya və orada olan Zirə qəsəbə sakini V.Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Xəsarət almış həmin şəxslər xəstəxanaya yerləşdirilib, V.Əliyev ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Rzayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti