...

Bakı metrosunda 54 yaşlı qadın relsin üzərinə düşüb (YENİLƏNİB)

Hadisə Materials 31 May 2019 10:11 (UTC +04:00)
Bakı metrosunda 54 yaşlı qadın relsin üzərinə düşüb
Bakı metrosunda 54 yaşlı qadın relsin üzərinə düşüb (YENİLƏNİB)

İlk xəbər saat 09:56-da yayılıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı metrosunda relsin üzərinə düşən qadının kimliyi məlum olub.

Bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə məlumat verib.

Onun sözlərinə görə, relsin üzərinə düşən qadın 1965-ci il təvəllüdlü Asya Əmirovadır.

Qadın xilas olunub, vəziyyəti normaldır.

XXX

Bakı metrosunda 54 yaşlı qadın relsin üzərinə düşüb.

Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, bu gün səhər saat 09:35-də metronun "28 may" stansiyasında bir nəfər qadın relslərin üzərinə düşüb.

O, qeyd edib ki, hadisə “Həzi Aslanov”dan “28 may” istiqamətinə gələn qatarın hərəkəti zamanı baş verib: "Hazırda araşdırma aparılır. Araşdırmanın sonunda əlavə məlumat veriləcək".

B.Məmmədov hadisə baş verəndən sonra qatarların hərəkətinin 10 dəqiqə ərzində dayandığını qeyd edib. Hazırda hərəkət bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti