...

Türkiyədə gəmi batdı - Boğulanlar var

Hadisə Materials 10 İyun 2019 10:06 (UTC +04:00)
Türkiyənin Bursa vilayətində gəmi batıb.
Türkiyədə gəmi batdı - Boğulanlar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Bursa vilayətində gəmi batıb. Trend-in məlumatına görə, insident nəticəsində azı 2 nəfərin batdığı bildirilib.

8 nəfərin Türkiyə sahil mühafizə xidməti tərəfindən xilas edildiyi qeyd edilir. Xilas edilənlər arasında əcnəbilərin də olduğu bildirilir, lakin onların vətəndaşlığı açıqlanmır.

Gəmidə hansı səbəbdən qəza baş verməsi və batması barədə hələ məlumat verilmir.

Hazırda suda batanların meyitlərinin tapılması istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti