...

Nərimanov rayonunda YANĞIN - Tüstüdən zəhərlənən var

Hadisə Materials 14 İyun 2019 13:11 (UTC +04:00)
Bakıda yanğın faktı qeydə alınıb.
Nərimanov rayonunda YANĞIN - Tüstüdən zəhərlənən var

Bakı. Trend:

Bakıda yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, yanğın paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib.

Məlumata görə, binanın 9-cu mərtəbəsinin pilləkən qəfəsində 4 m² sahədə məişət tullantıları, 2 ədəd istifadəyə yararsız rəf, çardağın taxta atmaları 10 m² sahədə və texniki otaqda 15 p.m kabel yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti