...

Lənkəran çayından meyit tapılıb

Hadisə Materials 17 İyun 2019 10:43 (UTC +04:00)
Lənkəran çayından 1 nəfərin meyiti çıxarılıb
Lənkəran çayından meyit tapılıb

Bakı. Trend:

Lənkəran çayından 1 nəfərin meyiti çıxarılıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərinin Sütəmurdov kəndində 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) Lənkəran çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti