...

Tovuzda 6 otaqlı ev yanıb

Hadisə Materials 25 İyun 2019 02:31 (UTC +04:00)

Bakı. Trend:

Tovuzda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Bayramlı kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 40 m² sahədə, ikinci mərtəbəsində 3 otağın, aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti