...

Hoteldə 46 nəfər zəhərləndi - Qazdan

Hadisə Materials 10 İyul 2019 14:36 (UTC +04:00)
Kanadanın Vinippeq şəhərində "Super 8 Motel" hotelində 46 nəfər zəhərlənib.
Hoteldə 46 nəfər zəhərləndi - Qazdan

Bakı. Trend:

Kanadanın Vinippeq şəhərində "Super 8 Motel" hotelində 46 nəfər zəhərlənib. Trend-in məlumatına görə, zəhərlənmə qaz sızmasından baş verib.

İnsident zamanı ümumilikdə hoteldən 52 nəfər və 1 itin təxliyə edildiyi bildirilir. 46 nəfər xəstəxanaya zəhərlənmə diaqnozu ilə çatdırılıb. Müayinə və ilk tibbi yardımdan sonra böyük əksəriyyəti evə buraxılıb.

Hadisədən sonra hotelə qaz verilişi dayandırılıb. Sızma baş verən əraziyə yanğınsöndürmə briqadası cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti