...

Göyçayda konyak zavodu yanıb

Hadisə Materials 6 Avqust 2019 04:31 (UTC +04:00)
Göyçay rayonunda yanğın baş verib
Göyçayda konyak zavodu yanıb

Bakı. Trend:

Göyçay rayonunda yanğın baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Göyçay rayonunun Ləkiçılpaq kəndində, konyak zavodunun ərazisində ümumi sahəsi 300 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və ümumi sahəsi 165 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti