Bakı. Trend:
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dünən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Lənkəran şəhərində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.